“Ermənistan Bakı-Tiflis-Qars layihəsinə o halda qoşula bilər ki...”

 “Ermənistan Bakı-Tiflis-Qars layihəsinə  o halda qoşula  bilər ki...”
  27 İyun 2013    Oxunub:1129
Bakı-Tiflis-Qars dəmiryolu xəttinin 6-cı nazirlər toplantısı bu gün Türkiyənin Qars vilayətində baş tutacaq.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov həmkarları ilə görüş üçün Qarsa gələrkən, jurnalistlərin suallarını cavablandırıb. AzVision.az xəbər verir ki, nazir bildirib ki, Ermənistan Dağlıq Qarabağ torpaqlarının işğalından imtina edərsə, bu dəmiryolu xətti layihəsində iştirak edə bilər.

“Bakı-Tiflis –Qars dəmiryolu layihəsi üç ölkənin prezidentləri tərəfindən dəstəklənib və təməli atılıb. Ermənistan isə Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyi üçün bu layihədən kənarda qalıb. Çünki, bu işğal nəticəsində 1 milyon vətəndaşımız qaçqın düşüb. Ermənistan Azərbaycan torpaqlarından çəkilmədiyi müddətcə bu layihəyə daxil ola bilməz. Biz Azərbaycan tərəfi olaraq, buna heç vaxt icazə verməyəcəyik. Türkiyənin baş naziri, prezidenti də bizimlə həmfikirdir. Əgər işğal sona çatarsa, hər üç ölkənin liderləri, hökumətləri Ermənistanın bu layihəyə daxil olmasına icazə verə bilər”-deyə, Z.Məmmədov qeyd əlavə edib.

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmiryolu xətinin 6-cı nazirlər toplantısı sabah Türkiyənin Qars vilayətində baş tutacaq., iclasda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım və Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili iştirak edəcək.

Nazirlər cümə axşamı günü Bakı-Tiflis-Qars dəmiryolu xəttini müzakirə edəcək və hansı işlərin görülcəyindən bəhs edəcəklər. İclasdan sonra isə nazir dəmiryolu xəttinin inşaat sahəsinə baxış keçirəcəklər. Burada dəmiryolu xəttinin ilk rels döşəmə mərasiminə qatılacaqlar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti