Ən çox hansı xəbərlər oxunur? - Araşdırma

Ən çox hansı xəbərlər oxunur? - Araşdırma
  02 Dekabr 2015    Oxunub:2940
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.
AzVision.az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət dövlət komitələri ilə bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 11279 xəbər yerləşdirilib. Bunlardan 305 xəbər mənfi, 556 xəbər müsbət və 10418 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (97 xəbər) komitənin bağlanması gündəmi zəbt edib, Əmlak Məsələləri Dövlət Komitəsi (71 xəbər), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (69 xəbər). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi isə müsbət xəbərlər arasında 451 xəbərlə liderdir.

Xəbər sayına görə sıralama:

1. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2438 xəbər
2. Dövlət Statistika Komitəsi 2146 xəbər
3. Dövlət Gömrük Komitəsi 2001 xəbər
4. Əmlak Məsələləri Dövlət Komitəsi 1795 xəbər
5. Starndartlaşma və Patent üzrə Dövlət Komitəsi 1172 xəbər


Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1048 xəbər dərc edilib. Bu xəbərlərdən 985-i neytral, 53-ü müsbət, 10-u isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Əmlak Məsələləri Dövlət Komitəsi (3 xəbər), Diasporla İş üzrə Dövlət Komitəsi (2 xəbər), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (2 xəbər). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (48 xəbər) isə müsbət xəbərlər arasında liderdir.

Xəbər sayına görə sıralama:

1. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 293 xəbər
2. Dövlət Gömrük Komitəsi 208 xəbər
3. Dövlət Statistika Komitəsi 162 xəbər
4. Əmlak Məsələləri Dövlət Komitəsi 126 xəbər
5. Starndartlaşma və Patent üzrə Dövlət Komitəsi 86 xəbər

Noyabr ayında televiziya kanallarında komitələr haqqında 298 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 95 xəbər
2. Əmlak Məsələləri Dövlət Komitəsi 69 xəbər
3. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 57 xəbər
4. Dövlət Gömrük Komitəsi 28 xəbər
5. Dövlət Statistika Komitəsi 20 xəbər


Teqlər:  





Xəbər lenti