Vəzifəli şəxsin borca görə işığı kəsildi
"Mənim xəbərim olmayıb. Bakıdan qayıdandan sonra gördüm ki, evdə işıq yanmır. Quba Elektrik Şəbəkəsinin əməkdaşları xəbərdarlıq etmədən paylayıcı şəbəkədən sayğaca ötürülən naqilləri kəsiblər. Bu hal ikinci dəfədir ki, təkrar olunur".
Bələdiyyə sədri onu da əlavə edib ki, o, məsələ ilə bağlı Quba Elektrik Şəbəkəsinin rəisi Nəcəf Rzayevlə telefon əlaqəsi saxlayıb: "Mən Elektrik Şəbəkəsinin rəisi ilə danışdım və xəbərdarlıq etmədən niyə mənim evimin elektrik enerjisinin verilməsinin dayandırılmasını soruşdum. Nəcəf Rzayev mənə bildirdi ki, şəbəkənin əməkdaşları səhvən xəbərdarlıq etmədən elektrik enerjisini kəsiblər".







Vaxtında, Aydın, Lazımlı!


