Uşağı dərsə getməyən valideynlərə 100 manat cərimə

Uşağı dərsə getməyən valideynlərə 100 manat cərimə
  02 Dekabr 2015    Oxunub:3629
Azərbaycanda təhsildən yayınan şagirdlərin valideynləri cərimələnəcək.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.

Layihə qəbul olunaraq MM-in plenar iclasına tövsiyə olunub.

AzVision.az




Teqlər:  



Xəbər lenti