Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülüb. Qəsəbənin ev və küçələrində divarlarda qara boyalı yazılar silinir, divarlar ağ boya ilə təmizlənir.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər saatlarından Nardaran qəsəbəsinə gələrək, İcra Hakimiyyəti qurumları tərəfindən qəsəbədə aparılan işlərə nəzarət edir.
Qəsəbə və qəsəbə ətrafında Çevik Polis Alayı tərəfindən nəzarət davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhləb Bağırov da qəsəbədədir.
Bu gün Daxili işlər naziri Ramil Usubovun da qəsəbyə gəlişi gözlənilir. (trend)
Məlumata görə, nazir qəsəbəyə baş çəkərək, hazırki vəziyyətlə tanış olacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


