Ölkədə dini təbliğat aparan əcnəbilər həbs ediləcək

Ölkədə dini təbliğat aparan əcnəbilər həbs ediləcək
  02 Dekabr 2015    Oxunub:2027
Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxs dini təbliğata görə cinayət məsuliyyətinə cəlb olunacaq.
Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləcək. Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılan dəyişikliyə görə, (təklif edilən 168-1.2 maddəsinə əsasən) əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti