`Cəzalar sərtləşdirilməlidir`- Siyavuş Novruzov
Komitə sədri bildirib ki, din adı altında öz ideyalarına başqa-başqa don geyindirən hərəkatlar mövcuddur.
“İndi isə vəziyyət tamamilə fərqlidir. Çünki onlar sırf mənəviyyat məsələlərini əsas götürürlər. Ona görə də həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir. Azərbaycanda hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur və təmin edilir. Hər kəs qanun qarşısında bərabərdir. Bu səbəbdən də hamının qanunun tələblərinə əməl etməsi mütləqdir. Konstitusiyada dövlət quruluşu da müəyyənləşib. Ona görə də mənəvi dəyərləri mövcud olan ölkədə əks nəsə etmək, başqa dövlətin modelini burada qurmaq istəyənlər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda xalqla iqtidar bir yerdədir: “Mövcud qanunvericilikdə imkan verir ki, ölkədəki demokratik vəziyyət əbədi olsun. Digər dini cərəyanlar da buna əsla müdaxilə edə bilməz”.
Qeyd edək ki, müzakirələrdən sonra layihə Milli Məclisin dekabrın 4-də keçiriləcək plenar iclasına tövsiyə olunub. “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi yeni hazırlanıb.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


