Prezident həmkarını təbrik edib

Prezident həmkarını təbrik edib
  02 Dekabr 2015    Oxunub:1559
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Argentina Respublikasının yeni seçilmiş Prezidenti Maurisio Makriyə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:

“Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Argentina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

AzVision.az


Teqlər:  



Xəbər lenti