Metroda növbəti hadisə - Nə baş verib?

Metroda növbəti hadisə - Nə baş verib?
  02 Dekabr 2015    Oxunub:11214
Metronun “28May” stansiyasında tüstülənəm olub. Nəticədə platformada kəskin pis qoxu yayılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, “Sahil”-“28 May” stansiyalarınarasında yerləşən tuneldə kabelin muftasında qızma nəticəsində tüstülənlənmə baş verib.

Qurum rəsmisi bildirib ki, əməkdaşlarının dərhal müdaxiləsi nəticəsində problem aradan qaldırılıb:“Hazırda stansiyada heç bir problem yoxdur və qatarların normal hərəkəti təmin edilib. Ümumiyyətlə qatarlar dayanması olmayıb”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti