Bakı-Sumqayıt qatarı yolda qaldı

Bakı-Sumqayıt qatarı yolda qaldı
  02 Dekabr 2015    Oxunub:3058
Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.
AzVision.az -ın əməkdaşının verdiyi məlumata görə, Bakıdan saat 19:00 radələrində reysə düşən qatar bir neçə dəqiqə yol qət etdikdən sonra dayanıb. Sərnişinlər yarım saatdan çox qatarda gözləməli olublar.

Qatarın hansı səbəbdən dayanması məlum deyil. İlkin ehtimallara görə, qatarda texniki nasazlıq baş verib.

Problem həll edildikdən sonra hərəkət 19:35-da bərpa edilib.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti