Azərbaycan hələ hazır deyil - XİN-dən açıqlama

Azərbaycan hələ hazır deyil - XİN-dən açıqlama
  03 Dekabr 2015    Oxunub:2255
Azərbaycan hələlik lazımı sənədləri, təklifləri Ümumdünya Ticarət Təşkilatına (ÜTT) təqdim etməyib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlәr nazirinin müavini Mahmud Mәmmәdquliyev deyib.

“Sonuncu dəfə Azərbaycan ilə ÜTT arasında danışıqlar bu ilin fevral ayında baş tutub. Onlar bizim qarşımıza suallar, təkliflər qoyublar. Biz hələ ki, bunların heç birinə cavab verməmişik”, - deyə XİN rəhbərinin müavini bildirib.

Məmmədquliyevin sözlərinə görə, Azərbaycan və ÜTT-nin növbəti görüşü üçün konkret sənədlər yoxdur: “Biz hələ ki, bu danışıqlara hazır deyilik. Biz nə vaxt hazır olsaq, onların istədikləri sənədləri hazır etsək, görüş təyin ediləcək və həm işçi qrup, həm də iki tərəfli danışıqlar baş tutacaq. Artıq onlar bizdən konkret cavab gözləyirlər. Biz isə hələ ki, buna tam hazır deyilik. Bilirsiniz ki, bu barədə danışıqlar olub. Bizim məqsədimiz öncə iqtisadiyyatı şaxələndirmək, daha sonra bu danışıqları daha sürətlə aparmaqdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti