`Avropa Parlamenti ilə işləmək lazımdır` - Nazir müavini
XİN rəsmisinin sözlərinə görə, Avropa Parlamentinin bütünlüklə Azərbaycana qarşı olduğunu demək düzgün deyil:
"Avropa parlamentində hər kəs Azərbaycanın əleyhinə olan qətnamənin lehinə səs verib. Әn böyük partiya olan Avropa Xalq Partiyasının üzvlərinin hamısı qətnamənin əleyhinə çıxıb. Lehinə səs verən parlamentarilərin sayı isə 300-dən artıqdır, orada 700-dən çox parlament üzvü var. Avropa Parlamentinin bütünlüklə Azərbaycana qarşı olduğunu demək düzgün deyil. Bizim parlamentlərarası əməkdaşlıq qrupumuz var, bu qrupun iclası bir müddətdir keçirilmir. Düzdür, o qətnamədən sonra biz ümumiyyətlə bir sıra əməkdaşlıq mexanizmlərini dayandırmışıq. Lakin bu, bizim parlamentin işidir. Biz yalnız tövsiyə edə bilərik".
Eldar Tanrıverdiyev
AzVision.az