Tanınmış aparıcı dinləyiciləri aldadır?
DJ Tural da dinləyiciyə “ətraflı” izahat verərək bildirib ki, bəli, əgər yük avtomobilini göstərən lövhədə kütlə bildirən rəqəm yoxdursa, bu nişan bütün avtomobillərə aiddir.
Amma yol hərəkəti qaydalarından elementar anlayışı olanlar bilirlər ki, müvafiq qadağan nişanının, o cümlədən maksimal sürətin məhdudlaşdırılması nişanının yalnız yük avtomobillərinə aid olduğunu bildirən 7.4.1 nişanı icazə verilən maksimum kütləsi 3,5 tondan az olan yük avtomobillərinə aid deyil. Yəni dinləyicinin avtomobilinə bu nişanın heç bir aidiyyəti yoxdur.







Vaxtında, Aydın, Lazımlı!


