İlham Əliyev və Davudoğlu bəyanat verdi - Yenilənib

İlham Əliyev və Davudoğlu bəyanat verdi - Yenilənib
  03 Dekabr 2015    Oxunub:5073
Dekabrın 3-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Əlaqələrimizin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulandı. Münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Daha sonra Prezident İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü keçirilib.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.











AzVision.az


Teqlər:  





Xəbər lenti