Eldar Ryazanov dəfn edildi

Eldar Ryazanov dəfn edildi
  03 Dekabr 2015    Oxunub:2277
Rusiyada, paytaxt klinikalarının birində vəfat edən kinorejissor Eldar Ryazanov Moskvada, Novodeviç qəbiristanlığında dəfn edilib.
Bu barədə AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir.

Qeyd edək ki, məşhur kinorejissor, SSRİ Xalq Artisti Eldar Ryazanov noyabrın 30-da 88 yaşında vəfat edib.

Rejissorun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Son vaxtlar səhhəti pisləşən E.Ryazanov beyin qan dövranının kəskin pozulması diaqnozu ilə ötən həftənin əvvəlində Moskvadakı Burdenko adına neyrocərrahiyyə institutuna yerləşdirilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti