Bakını su basdı - 8 nəfər xilas edildi

Bakını su basdı - 8 nəfər xilas edildi
  04 Dekabr 2015    Oxunub:5418
Ötən gecə paytaxt Bakıda müşahidə olunan yağıntılı hava bəzi fəsadlara səbəb oldu və sel nəticəsində 8 nəfər avtomobillərdə köməksiz qaldı.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumata əsasən, yağan intensiv yağılar nəticəsində, Bakı şəhəri, Nərimanov və Nəsimi rayonlarında yollarda suyun səviyyəsi qalxıb, nəticədə hərəkət məhdudlaşaraq vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və avtomobillərdən 8 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:43-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti