Sulu qar və qar yağacaq

Sulu qar və qar yağacaq
  04 Dekabr 2015    Oxunub:1478
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti