15 ildən 49 ilədək artırılır

15 ildən 49 ilədək artırılır
  04 Dekabr 2015    Oxunub:1745
Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üçün istifadə müddəti məlum olub.
AzVision.az xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik edilib.

Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün istifadə hüququ 15 ildən 49 ilədək müəyyən oluna bilər.

Xatırladaq ki, hazırda torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Belə ki, qısamüddətli müvəqqəti istifadə 15 ilədək, uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün 15 ildən 99 ilədək müəyyən olunur. Dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti