`Həmin qızı əslində qatar vurmayıb` - Açıqlama

`Həmin qızı əslində qatar vurmayıb` - Açıqlama
  04 Dekabr 2015    Oxunub:3087
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünən Bakı-Sumqayıt qatarının 24 yaşlı qızı vurmasının səbəbini açıqlayıb.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a bildirib ki, Çinarə Sadıqova Bakı-Sumqayıt qatarının qarşısından keçərkən müəyyən olunmamış yerdən istifadə edib. Nəticədə qatarın küləyi Ç.Sadıqovanı kənara atıb: “Keşlə qəsəbəsində insanların keçməsi üçün piyada keçidi var. Çinarə Sadıqova isə müəyyən olunmuş yerdən keçməyib. Qatar da saatda 80 sürətlə gəlir. Bu zaman qatarın küləyi Çinarə Sadıqovanı kənara atıb. Aldığımız məlumata görə, xəstəxanaya aparılan xanımın vəziyyəti normal olduğundan evə buraxılıb”.

Qeyd edək ki, dünən Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar Keşlə qəsəbəsində Çinarə Sadıqovanı vurub.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti