Metroda konsert olacaq - Fotolar

Metroda konsert olacaq - Fotolar
  04 Dekabr 2015    Oxunub:2762
Bakı Metropoliteni maraqlı layihəyə həyata keçirdib. Belə ki, metronun `28 May` stansiyasında sərnişinlər üçün konsert verilir.
Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, bu gündən etibarən yeni sosial layihəyə start verilib. Belə ki, metroya daxil olan sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət simli kvartet qarşılayıb.

Metropolitenin sözçüsü bildirib ki, layihənin məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə vermək və metro sərnişinlərinə xoş əhval bəxş etməkdir.

Həftənin 5-6-cı günləri ayrı-ayrı metro stansiyalarında keçiriləcək layihə bu ayın sonunadək davam edəcək. Sərnişinlərə klassik musiqi ilə yanaşı, milli musiqi nümunələri də təqdim olunacaq.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti