AzVision.az buro247.az-a istinadla məlumatına görə, hərracda SSRİ xalq rəssamı, Rusiyanın rəssamlıq akademiyasının vitse-prezidenti Tahir Salahovun `Aydan` əsəri 269 min funt sterlinqə (427 198 AZN) satılıb. Təqdim edilən variant xüsusi olaraq Tahir Salahovun 1980-ci ildə Tokioda “Gekkosso” qalereyasında şəxsi sərgisi üçün çəkilib.
Portretin 1967-ci ildə çəkilən digər variantı Dövlət Tretyakov qalereyasında saxlanılır. Sotheby`s rəsmilərinin sözlərinə görə, “Aydan” əsəri Sovet uşaqlığının ən gözəl təsviridir.
Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb.
AzVision.az