`Nələrin baş verəcəyini təsəvvür belə etmirlər` - VİDEO

`Nələrin baş verəcəyini təsəvvür belə etmirlər` - VİDEO
  04 Dekabr 2015    Oxunub:3086
ABŞ-ın “HBO” telekanalı “Taxtların oyunu” (Game of Thrones) serialının altıncı mövsümümün tizerini yayımlayıb.
AzVision.az xəbər verir ki, tizer serialın rəsmi “Youtube” səhifəsində yerləşdirilib.

Görüntülərdə teleserialın ötən mövsümlərindən efirə verilən ən maraqlı görüntüləri yer alıb, həmçinin yeni mövsümün başlayacağı ay qeyd olunur.

Videoda üçgözlü qarğa (Maks fon Syodov səsləndirir) danışır: “Biz izləyir. Biz dinləyir və xatırlayırıq. Keçmiş artıq yazılıb. Mürəkkəb artıq quruyub”. “Winter Is Coming” redaksiyasından olan serial fanatlarının fikrincə, üçgözlü qarğa serialın əsas qəhrəmanlarından biri Bran Starka yaşıl görücülüyün (greenseer – “Taxt Oyunları” və Martinin romanlarında keçmiş və gələcəyi görmək qabiliyyətidir) əsaslarını başa salır.

“Onlar nələrin baş verəcəyini təsəvvür belə etmirlər”, - deyə tizerin finalında Bran bildirir.



Taxtların Oyunu - Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-da 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc Martinin fantastik əsəri olan "Buz və Alovun Nəğməsi"nin motivləri əsasında hazırlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti