Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Toplantıda çıxış edən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov regionda mövcud olan hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrdə aparılan islahatlar, inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verib.
Görüşdə il ərzində beynəlxalq hərbi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətlər hərbi attaşelərin diqqətinə çatdırılaraq “Azərbaycan Respublikasında akkreditə olunmuş Hərbi Attaşelik Aparatlarının fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi Qaydaları” və 2016-cı ildə planlaşdırılan tədbirlər barədə brifinq təqdim olunub.
Hərbi Attaşelər Assosiasiyası adından Polşa Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Zbiqnev Vasilevskiy çıxış edərək yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu qeyd edib.
AzVision.az
Teqlər: