`Neft daşları`ndakı faciə ilə bağlı yeni məlumat

`Neft daşları`ndakı faciə ilə bağlı yeni məlumat
  04 Dekabr 2015    Oxunub:3390
Fövqəladə Hallar Nazirliyi (FHN) "Neft Daşları"ndakı qəza ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 4-də saat 12:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə uçurub. Hadisə baş verərkən NQÇİ-nin 3 neftçisi köşkdə olub.

Dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb, hadisə rayonuna FHN-in 1 helikopteri və “Vixr-5” yanğınsöndürən gəmisi cəlb edilib.

Hazırda itkin düşən neftçilərin axtarışı SOCAR-ın əraziyə cəlb edilmiş gəmiləri ilə birgə davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti