OPEC kvotanı artırdı - Neft kəskin ucuzlaşır

OPEC kvotanı artırdı - Neft kəskin ucuzlaşır
  04 Dekabr 2015    Oxunub:2262
Neft ixracatçıları ölkələrinin təşkilatı – OPEC Vyanada keçirilən iclasında neft hasilatı kvotasını sutkada 31,5 milyon barrelə qədər artırmağı qərara alıb.
Bloomberg agentliyinin məlumatına əsasən, kvotanın artırılması limitinə İndoneziyadakı hasilat daxil deyil. Bu isə sutkada əlavə 800 min barrel neft deməkdir.

Bu xəbərdən sonra brent markalı neftin barrelinin qiyməti 1,7 faiz aşağı düşərək 43,1 dollarda qərarlaşıb.

Xatırladaq ki, 2011-ci ilin dekabr ayından bəri OPEC-in neft hasilatı kvotası sutkada 30 milyon barrel təşkil etsə də, son 1,5 ildə kartelin real hasilatı bu göstəricidən artıq olub.

AzVision.az


Teqlər:





Xəbər lenti