OPEK-in baş katibi təkzib etdi: Kvota artırılmayıb

OPEK-in baş katibi təkzib etdi: Kvota artırılmayıb
  05 Dekabr 2015    Oxunub:1755
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) neft hasilatının səviyyəsini indiki faktiki səviyyədə saxlamağı qərara alıb.
AzVision.az-ın məlumatına görə, bu barədə qərar OPEK üzvü olan 12 ölkənin neft nazirlərinin Avstriyanın paytaxtı Vyanada təşkil olunan iclasında verilib.

Təşkilatın baş katibi Abdulla Əl-Bədri bəyan edib ki, yeni kvotalar səviyyəsinə dair məsələyə 2016-cı ilin iyununda Vyanada keçiriləcək növbəti iclasda baxılacaq: “Biz indi hər hansı rəqəmin üzərində dayana bilmərik. Biz bilmirik, İran nə vaxt bazara daxil olacaq. OPEK daxilində hasilat vaxtaşırı dəyişir. Odur ki, qərarın qəbul edilməsini növbəti iclasadək təxirə saldıq”.

O bildirb ki, OPEK üzvü olmayan ölkələrlə də danışıqlara və hamının bazara kömək etməsi məqsədilə ortaq bir zəmində necə görüşəcəkləri məsələsini müzakirə etməyə davam edəcəklər

Bununla belə ekspertlər hesab edirlər ki, təşkilatın Vyanada keçirilən iclasında konkret qərara gəlməməsi, bununla belə neftin qiymətlərində müşahidə edilən azalma, gəlirlərini neftdən təmin edən ölkələri çətinə sala bilər.

Qeyd edək ki, dünən “Bloomberg” agentliyi öz mənbələrinə əsasən iclasda sutkalıq neft hasilatının 1,5 milyon barel artırılması barədə qərar qəbul edildiyini bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti