Yanğından 25 nəfər xilas edildi - Yenilənib

Yanğından 25 nəfər xilas edildi - Yenilənib
  05 Dekabr 2015    Oxunub:3442
Hazırda "Günəşli" yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri aparılır.
AzVision.az xəbər verir ki, son məlumatlara görə, xilas edilənlərin sayı 25-ə çatıb.

***
13:36

AzVision.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib.

Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb və artıq 7 nəfər xilas olunub.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

AzVision.az


Teqlər:  



Xəbər lenti