Nazim İbrahimov başsağlığı verdi

Nazim İbrahimov başsağlığı verdi
  27 İyun 2013    Oxunub:1304
Nazim İbrahimov Lord Freyzerin ailəsinə başsağlığı verib
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer vəfat edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qurumun sədri Nazim İbrahimov Lord Freyzerin ailəsinə və İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvlərinə başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

“Lord Freyzer Azərbaycan həqiqətlərinin Böyük Britaniya ictimaiyyətinə çatdırılmasında, bu ölkədə Azərbaycanın dostlarının sayının artmasında, həmçinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində böyük xidmətlər göstərmişdir. Şərəfli həyat yolu keçən Lord Freyzerin vəfatı onun ailəsi, yaxınları, həmsədrlik etdiyi cəmiyyətin üzvləri, hamımız üçün ağır itkidir. Bu ağır itki ilə əlaqədar onun ailəsi və yaxınlarının, İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvlərinin kədərini bölüşür, onlara dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, 1997-ci ildə yaradılan İngiltərə-Azərbaycan Cəmiyyəti ölkəmizlə Böyük Britaniya arasında bütün sahələrdə əlaqələri dəstəkləyir, xeyriyyə təşəbbüslərinə yardım edir, Azərbaycan həqiqətlərini Böyük Britaniya əhalisinə çatdırılması istiqamətində xidmətlər göstərir. Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevadır.


Teqlər:





Xəbər lenti