Dəhşətli yanğından daha bir neftçi xilas edildi - Açıqlama

Dəhşətli yanğından daha bir neftçi xilas edildi - Açıqlama
  06 Dekabr 2015    Oxunub:5754
`Günəşli` yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza ilə əlaqədar axtarış-xilasetmə əməliyyatının gedişi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

AzVision.az -ın məlumatına görə, bildirilib ki, 4 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə qəza baş verib.

Qəza ilə əlaqədar həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfər xilas olunub.

Əməliyyat davam etdirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti