Prezident matəmlə bağlı sərəncam imzaladı
AzVision.az xəbər verir ki, sərəncamda qeyd edilib:
`2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.
Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram:
2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin`
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


