Ərdoğan İlham Əliyevə zəng edib

Ərdoğan İlham Əliyevə zəng edib
  06 Dekabr 2015    Oxunub:2028
Dekabrın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə Prezidenti “Günəşli” yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına, mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Prezidentin Mətbuat Xidmətinin məlumatı


Teqlər:



Xəbər lenti