29 nəfər itkin düşüb - Xoşbəxt Yusifzadə

29 nəfər itkin düşüb  - Xoşbəxt Yusifzadə
  06 Dekabr 2015    Oxunub:2938
SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində 29 nəfər itkin düşüb.

AzVision.az xəbər verir ki, bunu SOCAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda əsas vəzifə yanğını södürmək və itən insanları tapmaqdır.
Vitse-prezident qeyd edib ki, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birdə axtarışlar davam edir.

“İtkin düşmüş şəxslərin tapılması üçün ölkə başçısının tapşırığına əsasən yaradılan müvafiq komissiyaya daxil olan qurumların nümayəndələri səylərini əsirgəmir. Hadisə ilə bağlı yaradılmış komissiya öz işinə başlayıb və davam etdirir. Bu gün matəm günü elan olunub. İnsanın xoşbəxt günləri olanda, pis günləri də olur. Həyatda insandan qiymətli bir şey yoxdur. Əgər insan itirmisənsə, həyatda bundan pis gün yoxdur”.

Hadisənin baş vermə səbəbini açıqlayan vitse-prezident bildirib ki, dalğa və külək güclü olduğu üçün gəmilər bir kəmərdə olan yanğını söndürə bilməyib və yanğın digər quyuya da keçib.

“Dekabr ayının 4-də güclü külək baş verdi və küləyin sürəti saniyədə 38-40 metrə çatdı və davam etdi. Adətən külək 4-5 saat dava edir, bu dəfə isə külək 27 saatdan artıq davam etdi. Buna görə də dənizdə ləpənin hündürlüyü 8-10 metrə çatdı. Bu vəziyyətdə patformaya gələn qaz kəmərində partlama baş verib. Platformada olan insanlar qayıqlara minib xilas olmağa çalışıb. Lakin küləyin güclülüyü və ləpənin hübdürlüyü imkan vermirdi ki, gəmilər platformaya yaxınlaşıb qayıqlarda olan insanları xilas etsin. qayıqın biri qırılıb və insanlar suya düşüb. Baxmayaraq ki, onların jileti olub, dalğanın hündürlüyü və küləyin gücü onlara çətinlik yaradıb”.

Yusifzadə qeyd edib ki, itkin düşənlərin hamısı neftçi deyil, orada tikinti işçiləri də var: “Hazırda yanan qaz yox, neft quyusudur. Hazırda 29 nəfəf itkin düşmüş sayılır. Partlayışdan öncə itkin düşən şəxslərin də axtarışı davam etdirilir. Bundan sonra papağımızı qabağımıza qoyub fikirləşəcəyik ki, təbii hadisə də olsa, bundan sonra baş verə bilməməsi üçün nələr edə bilərik. Biz qonşu ölkələrdən kömək istəməyəcəyik, özümüz hər şeyi həll edə biləcəyik. Bizə heç kimin köməyi lazım deyil”.

Vitse-prezident hesab edir ki, itkin düşənlərin sağ qalması ehtimalı mümkündür: “Amma Allah istəsə, sağ qala bilərlər. Mən təxribat ehtimalına inanmıram, amma bu variantı da yaradılan komissiyaya daxil olan Milli Təhlükəsizlik Nazirliyi araşdırır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti