Axtarışlara 7 helikopter və 1 təyyarə cəlb olunub

Axtarışlara 7 helikopter və 1 təyyarə cəlb olunub
  06 Dekabr 2015    Oxunub:2709
Xəzər dənizində axtarış-xilas etmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin 3, Dövlət Sərhəd Xidmətinin isə 4 helikopteri və 1 təyyarə cəlb olunub.
AzVision.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyevə bildirib.

Nazir müavini qeyd edib ki, Türkmənistan və İran İslam Respublikası axtarışlarla bağlı məlumatlandırılıb.

Dövlət Neft Şirkətinin (SOCAR) Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov isə bildirib ki, qəza baş verən özlüdə 63 nəfər olub, onlardan 33 nəfər xilas olub.

O, qeyd edib ki, Qazaxıstan, İran və Rusiya sərhəd qoşunlarından xahiş olunub ki, cəsədlər o ölkələrin sahilində tapılarsa xəbər versinlər.

AzVision.az


Teqlər:  



Xəbər lenti