“Günəşli”dəki faciə bizi qəlbən sarsıtdı - Lukaşenko

“Günəşli”dəki faciə bizi qəlbən sarsıtdı - Lukaşenko
  06 Dekabr 2015    Oxunub:1678
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığında deyilir:

-Hörmətli İlham Heydər oğlu,

“Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə barədə xəbər Sizin kədərinizə şərik olan belarusluları qəlbən sarsıtdı.

Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm.

AzVision.az


Teqlər:



Xəbər lenti