Xoşbəxt Yusifzadə əslində nə deyib? - VİDEO

Xoşbəxt Yusifzadə əslində nə deyib? - VİDEO
  06 Dekabr 2015    Oxunub:9265
Bəzi saytlarda və sosial şəbəkələrdə belə dezinformasiyalar yayılıb ki, guya SOCAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadə bu gün keçirilən mətbuat konfransında `Bizim əsas itkimiz neft və qazdır` deyib.

Halbuki, o, qətiyyən belə bir fikir işlətməyib. Jurnalstin itkilərlə bağlı sualına cavab verərkən Xoşbəxt Yusifzadə deyib ki, platformada maddi itkilər gündə 900 ton neft və milyon kubmetr qazdır. Daha sonra isə əlavə edib ki, itkilər əsasən bu platformadadır.

Yəni onun sözləri kontekstdən çıxarılaraq, qəsdən tamam fərqli şəkildə təqdim olunub. Halbuki, belə ağır məqamda bu cür manipulyasiyalar etmək tamamilə yolverilməzdir və heç bir vicdanlı insan buna getməməlidir.




Teqlər:  





Xəbər lenti