Polis Şöbəsinin yeni binası istifadəyə verilib

Polis Şöbəsinin yeni binası istifadəyə verilib
  27 İyun 2013    Oxunub:1872
Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak ediblər
Azərbaycan Polisinin yaranmasının 95 illik yubileyi ərəfəsində - iyunun 27-də Zərdab Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib.

Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Yeni tikilidə 37 xidməti otaq və 100 yerlik akt zalı vardır. Binada ventilyasiya, mərkəzi istilik qazanxanası və havalandırma sistemləri, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıb. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Daha sonra mərasim iştirakçıları Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Yerinə baxmış, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Mərasimdə çıxış edənlər görülən işləri yüksək qiymətləndirmiş, Zərdab RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarının lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına, eyni zamanda, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşmasına yüksək diqqət və qayğısının növbəti əyani təzahürüdür.

Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak ediblər.


Teqlər:  





Xəbər lenti