Axtarışlar nəticə verməyib - SON MƏLUMAT

Axtarışlar nəticə verməyib - SON MƏLUMAT
  07 Dekabr 2015    Oxunub:3324
“Günəşli” yatağında baş vermiş yanğınla bağlı xilasetmə işləri davam etdirilir, lakin əfsuslar olsun ki, itkin düşmüş neftçilər barəsində heç bir məlumat daxil olmayıb.
AzVision.az xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

SOCAR rəsmisi qeyd edib ki, saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib: `İtkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi, helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar`.

Şirkət rəsmisi bildirib ki, hazırda 5 gəmi yanğını söndürmək üçün suvurmanı davam etdirir: "Biz həm də daha təzyiqli su xəttinin çəkilməsini təmin etmişik. Hazırda təmirçilər həmin xəttin birləşdirilməsi ilə məşğuldular".

Onun sözlərinə görə, sabahdan etibarən yanğınla bağlı yaradılan qərərgahın platformanın üzərinə köçürülməsi nəzərdə tutulur. Hazırda SOCAR prezidenti Rövnək Abdullayev də daxil olmaqla bir sıra qurumların rəhbərləri qərərgahdadırlar.

AzVision.az


Teqlər:  



Xəbər lenti