Qərargah bu gün köçürüləcək

Qərargah bu gün köçürüləcək
  07 Dekabr 2015    Oxunub:2081
Axtarış-xilasetmə işləri ilə bağlı yaradılan qərargah bu gündən “Günəşli” yatağında yanğının baş verdiyi 10 saylı stasionar dəniz özülünə köçürüləcək.
Bu barədə dekabrın 6-da keçirilən mətbuat konfransında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

“Dənizdəki qərargah 5 saylı platformadan “Neftqaz-62” gəmisinə köçürülüb. Beləliklə qərargah yanğının baş verdiyi 10 saylı özülə daha da yaxınlaşıb. Hazırda özülün üzərində təmir briqadaları çalışır, onlar su xəttini birləşdirmə prosesini həyata keçirir. Bu sistemin quraşdırılması yanğını söndürməyə imkan verəcək. Günün birinci yarısında qərargah özülün üzərinə köçürülməlidir”.


Teqlər:



Xəbər lenti