Bakı-Tbilisi-Qars müzakirə olunub

Bakı-Tbilisi-Qars müzakirə olunub
  27 İyun 2013    Oxunub:1343
Türkiyənin Qars şəhərində keçirilən iclasda Nəqliyyat naziri Ziya Məmmədov da iştirak edib.
Türkiyə Cümhuriyyətinin Qars şəhərində “Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı” layihəsinin həyata keçirilməsi üzrə Nazirlər Görüşünün VI iclası keçirilib. Nəqliyyat nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan, Türkiyə və Gürcüstanın müvafiq nazirlikləri arasında yaradılmış üçtərəfli nazirlər görüşündə layihənin icra vəziyyəti, həmçinin yaranmış problemlərin müzakirə olunması, razılaşdırılmış qərarların qəbul edilməsi haqqında danışılıb. Eyni zamanda Azərbaycanın maliyyə dəstəyi ilə Gürcüstan ərazisində aparılan tikinti işlərinin gedişi, hər üç tranzit potensialının genişləndirilməsində strateji əhəmiyyət kəsb edən dəmir yolu infrastrukturunun yeniləşdirilməsi istiqamətində aparılan işlər də müzakirə mövzusu olub.

Xatırladaq ki, cari ilin 4 iyun tarixində Ankara şəhərində keçirilmiş görüşdə “Azərbaycan Respublikası, Türkiyə Respublikası və Gürcüstan arasında dəmir yolu ilə yük və sərnişin daşıması haqqında” Saziş layihəsi üç ölkənin dəmir yolu ekspertlərinin iştirakı ilə müzakirə edilərək ilkin razılıq əldə olunub.
Bakı-Tbilisi-Qars layihəsi ilə yanaşı, Bakının yaxınlığında yeni müasir beynəlxalq dəniz ticarət limanının tikintisi, eləcə də Bosfor boğazında dəmir yolu tunelinin inşası, Çin və Mərkəzi Asiyadan yüklərin Qafqaz üzərindən birbaşa 4-cü Pan Avropa dəhlizinə çıxmaqla Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaqdır.

AzVision.az



Teqlər:  





Xəbər lenti