İtkin düşənlər hələ tapılmayıb - Müşavirə keçirilir (Son məlumat)

İtkin düşənlər hələ tapılmayıb - Müşavirə keçirilir (Son məlumat)
  07 Dekabr 2015    Oxunub:3198
`Dalğaların sabitləşməsi suyun altında axtarışları davam etdirməyə imkan verir`

AzVision.az xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov “Günəşli” yatağında baş verən qəza ilə bağlı bu gün keçirilən mətbuat konfrasında deyib.

O bildirib ki, səhər saatlarından başlayaraq FHN-nin helikopterləri axtarışları davam etdirir.

`Həmçinin 7 gəmi yanğının söndürülməsi işini davam etdirir. Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və SOCAR prezidenti Rövnəq Abdullayev hadisə yerində müşavirə keçirir. İşlər tam sürətilə davam etdirilir.

Təəssüflər olsun ki, bu vaxta qədər işçilərimizdən heç kimin meyiti tapılmayıb. Buzovna ərazisində boş jiletlərin tapılması ilə bağlı məlumat daxil olub və əməkdaşlarımız həmin yerə baxış keçiriblər. Amma məlum olub ki, həmin jiletlər bizim əməkdaşlarımızın olmayıb. Onlar balıqçı jiletləridir`.

B.Ağarəhimov həmçinin qeyd edib ki, bu gün səhər saatlarından 1 nömrəli geofizika gəmisi sualtı axtarışlara başalyıb.

“Bu gün səhər geofizika gəmisi "Neft daşlarında" batan 3 nəfərin axtarışı ilə əlaqədar 501 nömrəli platformanın suyun altında olan hissəsində axtarışa başlayıb.İlk növbədə 501 və sonra yaxın eskadaların ətrafında axtarış davam edəcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti