Cahangir Hacıyev daha bir vəzifəsini itirdi

Cahangir Hacıyev daha bir vəzifəsini itirdi
  07 Dekabr 2015    Oxunub:4254
Cahangir Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasına yeni sədr seçiləcək.
AzVision.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq BFB-dən məlumat verilib. "Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hal-hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - deyə məlumatda vurğulanıb.

Hazırda C. Hacıyevin səlahiyyətlərini Araz Əliyev icra edir.

Xatırladaq k, BFB-nin Müşahidə Şurasının sədri, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.

C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.


Teqlər:





Xəbər lenti