Məscidlərdə faciə qurbanları yad ediləcək

Məscidlərdə faciə qurbanları yad ediləcək
  07 Dekabr 2015    Oxunub:1518
Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizindəki “Günəşli” yatağındakı neft platformasında baş vermiş güclü yanğınla əlaqədar həyatını itirən neftçilərə Uca Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
QMİ-nin Mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, A.Paşazadənin göstərişi ilə bu günlər paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə faciə qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

QMİ sədri Şeyxülislam A.Paşazadə bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbr və məğfirət, yaralıla şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyir.

Allah Vətənimizi hifz etsin!


Teqlər:  





Xəbər lenti