Qarabağ əlilini döyən müsavatçı tutuludu
Rəşid Kərimovun insidentlə bağlı müraciətində deyilir ki, müharibə əlili çayxananın qarşısından keçərkən Yadigar Sadıqov və daha iki nəfər məsləkdaşı onu küçə söyüşləri ilə təhqir ediblər. «Mən Qarabağ əlili olduğumu və heç bir günahım olmadığını deməyimə baxmayaraq, Y.Sadıqov və dostları bir daha mənim şərəf və ləyaqətimi təhqir edərək ictimai qaydalara tamam laqeyd və etinasız tərzdə, elementar davranış, əxlaq və mənəviyyat normalarını tamamilə tapdalayaraq məni ictimaiyyətin gözü qarşısında təpikləyiblər. Onlar sifətimə yumruqla vuraraq al qana boyayıb və yerə yıxaraq ciddi bədən xəsarətləri yetiriblər. Onların ürəkləri bununla soyumayıb, əynimdəki paltarları da cırıb qoparıblar. Mən həyatım boyu bu cür təhqir olunmamışdım. Mən Vətən uğrunda yaralanmışam və görmə qabiliyyətimi itirmişəm. Bu azğınlar isə mənim əlil eynəyimi də ayaqları altında əzib sındırıblar»,- deyə müraciətdə bildirilir.
Teqlər: