Könüllü gənclər artır

Könüllü gənclər artır
  27 İyun 2013    Oxunub:1564
Bir ay müddətində həyata keçirilən proqram Bakı, Sumqayıt, Lənkəran, Quba, Şəki, Gəncə, Beyləqan və İsmayıllı şəhərlərində yaşayan 18-29 yaşlı gəncləri əhatə edəcək və proqram nəticəsində könüllülər arası şəbəkə yaradılacaq.
Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan “Azərbaycan Könüllülük Xidməti” proqramında iştirak üçün müraciət davam edir. AzVision.az xəbər verir ki, proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirilməsi ilə Azərbaycanda ilk dəfə regionlararası könüllü mübadiləsini təşkil etməkdir.

2013-cü ilin may ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Komissiyasının Gənclər Fəaliyyətdə (Youth in Action) proqramının Avropa Könüllülük Xidməti (European Voluntary Service) üzrə akkreditasiya sertifikatı alıb. “Azərbaycan Könüllülük Xidməti”-nin həyata keçirilməsində “Avropa Könüllülük Xidməti”-nin təcrübəsindən stifadə olunur.

Bir ay müddətində həyata keçirilən proqram Bakı, Sumqayıt, Lənkəran, Quba, Şəki, Gəncə, Beyləqan və İsmayıllı şəhərlərində yaşayan 18-29 yaşlı gəncləri əhatə edəcək və proqram nəticəsində könüllülər arası şəbəkə yaradılacaq.

Proqram çərçivəsində Azərbaycanın sözü gedən ərazilərindən olan gənclər, ölkənin digər regionlarında yerləşən təşkilatlarda könüllü fəaliyyət göstərərək bilik və bacarıqlarını inkişaf etdirmək, geniş işgüzar şəbəkəyə sahib olmaq imkanı əldə edəcəklər. Proqramda iştirak edən təşkilatlar müxtəlif regionlara könüllülərinin göndərilməsi və ya müxtəlif regionlardan könüllülərin cəlb olunması ilə təşkilatın insan kapitalı bazasını gücləndirmək, müxtəlif regionları təmsil edən təşkilatlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi imkanlarından faydalanacaqlar.

Proqramda uğurla iştirak edən könüllülər şəhadətnamə və ARGTMŞ tərəfindən təqdim olunan tövsiyyə məktubu ilə təltif olunacaqlar. Proqramın iştirakçısı olan təşkilatlar isə Azərbaycanda ilk dəfə olaraq, könüllülərin göndərilməsi və qəbul olunması üzrə Milli Akreditasiya Sertifikatı əldə edəcəklər.
Proqramda sözü gedən şəhərləri təmsil edən bütün 18-29 yaşlı gənclər və gənclər təşkilatları iştirak edə bilərlər. Təşkilatlar eyni zamanda könüllünü "qəbul" edə və "göndərə" bilərlər. Proqramda iştirak üçün son müraciət tarixi 3 iyul 2013-cü il tarixidir. Proqramda iştirak üçün ətraflı məlumatı https://azvision.az/redirect.php?url=http://www.facebook.com/events/613243888694668/ ünvanından əldə etmək mümkündür.

AzVision.az



Teqlər:  





Xəbər lenti