Prezident Horadiz şəhərinə 6 milyon manat ayırıb

Prezident Horadiz şəhərinə 6 milyon manat ayırıb
  27 İyun 2013    Oxunub:1363
Azərbaycan prezidenti İlham Əliyev Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamın preambula hissəsində bildirilir ki, Füzuli rayonunun 1994-cü ilin yanvar ayında erməni işğalından azad olmuş 22 yaşayış məntəqəsində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılıb, 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınıb, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası binası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilib, Horadiz şəhərində yandırılmış və dağıdılmış 1565 yaşayış evinin əksəriyyəti bərpa olunaraq sakinlərin istifadəsinə verilib, qaz, elektrik xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilib.

Həyata keçirilən tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində məskunlaşmış 120 min nəfər rayon sakinindən 70 min nəfəri, o cümlədən 6 min nəfərdən çox Horadiz şəhər sakini öz doğma torpaqlarına qayıdıb və bu gün də bilavasitə cəbhə xəttində düşmənlə üz-üzə duraraq rayonun sosial-iqtisadi inkişafı üçün əzmlə çalışırlar.

Dövlət başçısı bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin xüsusi əhəmiyyətini və yandırılmış, dağıdılmış evlərin sakinlərinin öz doğma yurdlarına qayıtması üçün zəruri şəraitin yaradılmasının vacibliyini nəzərə alaraq Horadiz şəhərində 1398 nəfər üzvü olan 341 ailənin əvvəllər yaşadığı 227 evin və 3 çoxmənzilli binanın bərpası məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6,0 (altı) milyon manat ayırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti