Məşhur Hollivud ulduzu qarət olundu – 170 min dollar

Məşhur Hollivud ulduzu qarət olundu – 170 min dollar
  08 Dekabr 2015    Oxunub:2057
ABŞ polisi Nyu-Yorkda amerikalı aktrisa Qvinet Peltrounun “Goop” mağazasından oğurluq edən üç şəxsi axtarır.
AzVision.az “The Guardian”-a istinadən xəbər verir ki, cinayətkarlar ümumi dəyəri olan 173 min dollar zinət əşyaları və saatlar oğurlayıblar.

Oğurluq hadisəsi 5 dekabr tarixində baş verib. Polisin sözlərinə görə, cinayətkarlardan biri zinət əşyaları və saatların olduğu şkafı açmaq üçün “hansısa obyektdən” istifadə edib.

Mağaza rəsmisi bildirib ki, hadisə zamanı alıcı və satıcılara zərər dəyməyib.

Qeyd edək ki, geyim, ayaqqabı və aksessuar satan mağazanın açılışı 15 gün əvvəl baş tutub. Mərasimdə Peltrounun özü də şəxsən iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti