Mövqelərimiz atəşə tutulub

Mövqelərimiz atəşə tutulub
  28 İyun 2013    Oxunub:1016
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan ordusunun bölmələri iyunun 27-də və 28-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ermənilər Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Gülüstan, Füzuli rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti