Milli Assambleyanın sədr müavini BDU-da

Milli Assambleyanın sədr müavini BDU-da
  28 İyun 2013    Oxunub:1144
Vyetnam Milli Assambleyasının sədr müavini BDU-nun məzunu Uonq Çu Lu universitetdə olub
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Vyetnam Milli Assambleyasının sədr müavini, BDU-nun Hüquq fakültəsinin məzunu Uonq Çu Lunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BDU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonaq səfərin məqsədi haqqında danışıb.

O, bildirib ki, əsas məqsəd Azərbaycanda ədliyyə və məhkəmə-hüquq sistemi ilə tanış olmaq, eləcə də bu sahədə fikir və təcrübə mübadiləsi aparmaqdır. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.
Sonda Uonq Çu Lu məzunu olduğu universitetdə yenidən olmaqdan məmnunluğunu bildirib.



Teqlər:





Xəbər lenti