“Məktəblərdəki biabırçı pul yığımına son qoyacağıq” - VİDEO

“Məktəblərdəki biabırçı pul yığımına son qoyacağıq” - VİDEO
  28 İyun 2013    Oxunub:1147
Təhsil naziri təyin olunduqdan sonra Mikayıl Cabbarovun televiziyaya ilk müsahibəsi dünən baş tutub.
İbrahim Məmmədovun son günlər işdən çıxarılan direktorlar barədə sualını cavablandıran Mikayıl Cabbarov müvafiq tədbirlərin davam etdiriləcəyini deyib :

“Hər bir halın öz səbəbi var və hər bir hal tam şəkildə araşdırıldıqdan, faktlar ortaya çıxarıldıqdan sonra müvafiq qərarlar qəbul edilib. Heç kəsə sirr deyil ki, Azərbaycan məktəblərində mənfi və biabırçı yığım təcrübəsi var və biz bu təcrübəyə son qoyacağıq. Bu dözülməz haldır. Cari təmir, qəzet abunəsi və müxtəlif bəhanələrlə şagirdlərdən pul yığılır. Bunun bir adı var - qeyri-qanuni pul yığımı. Bu mənfi hallara qarşı mübarizə başlayıb və sona qədər də davam etdiriləcək və o insanlar qanunvericiliyə uyğun cəzalandırılacaqlar da”.





Teqlər:  





Xəbər lenti