AŞPA-nın Azərbaycandakı seçkilərlə bağlı siyahısı
Seyidov bildirib ki, AŞ PA-nın təqribən 32 nəfərdən ibarət seçki müşahidə missiyası, 7 nəfərdən ibarət isə seçkiöncəsi missiya formalaşacaq.
Onun sözlərinə görə, sessiya çərçivəsində missiyanın rəhbərinin təyin olunması baş tutdu. Bunlar rəsmi olaraq AŞ PA Bürosu tərəfindən bir neçə gündən sonra açıqlanacaq: "Büro üzvü kimi bunu açıqlaya bilmərəm. Ancaq Büronun iclasında bu məsələlər yekunlaşdı. Bununla bağlı AŞ PA-dakı bütün siyasi qruplar öz namizədlərini verdilər. Bu gün Büroda onlar öz namizədlərinin təqdim etdilər. O cümlədən, ümumi şəkildə missiyanın rəhbərinin namizədliyi müzakirə olundu. Prosedur qaydalarına görə, seçkiöncəsi missiya seçkilərdən bir ay əvvəl, seçki müşahidə missiyası isə seçkilər müddətində Azərbaycanda olacaq."(trend)